Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında görünməmiş hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin “Rabitə” – “Azərreyl” görüşü gözlənilməzliklərlə əlamətdar olub.
Belə ki, oyunun ilk hissəsində Azərbaycan çempionuna çətin anlar yaşadan “dəmiryolçular” qələbə qazanıblar.
“Rabitə”nin ilk setdəki məğlubiyyətin əvəzini çıxmasında da gözlənilməz hesab qeydə alınıb. Eldar Yusubovun komandası hissənin əvvəlində ardıcıl 14 top qazanaraq, rəqibini nokauta salıb – 14:0. “Azərreyl” ilk xalını məhz “Rabitə”nin toppaylayıcısı Nutsara Tomkomun topu oyuna düzgün daxil etməməsindən sonra qazanıb.
Belə nəticə dünya voleybolu üçün də nadir hallardan biridir. Super Liqada isə belə hal yada gəlmir.