Azərbaycan yığması “Novruz kuboku”na qələbə ilə başladı
17.03.2014 - 17:57
Azərbaycan yığması “Novruz kuboku”na qələbə ilə başladı

Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında təşkil olunan ənənəvi “Novruz kuboku” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə keçirilən yarışın açılış matçında Azərbaycan millisi Qazaxıstan təmsilçisi MOİK-lə qarşılaşıb.

 

Yığmamız qarşılaşmada 86:61 hesabı ilə qalib gəlib. İlk turun bu axşam keçiriləcək digər matçında isə yerli “Bişkek-Dinamo” ilə Özbəkistan millisi qarşılaşacaq.

 

Qeyd edək ki, yığmamız sabah özbəkistanlı basketbolçuları sınağa çəkəcək.