Azərbaycan yığması set üzünə həsrət qaldı
22.09.2014 - 09:41
Azərbaycan yığması set üzünə həsrət qaldı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığın son mərhələsini İtaliya ilə yoxlama matçı ilə bitirib. Apasport.az saytının məlumatına görə, Romada baş tutan qarşılaşmalarda rəqib komandamıza 1 set belə güzəştə getməyib.

 

Sabah start götürəcək mundala ev sahibliyi edəcək İtaliya hər 2 görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.

 

Qeyd edək ki, D qrupunda yer alan komandamız artıq oyunların keçiriləcəyi Bari şəhərindədi.