Azərbaycanlı hakim “Səkkizlər finalı”na yollanır
02.04.2014 - 18:17
Basketbol üzrə beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov FİBA Avropadan növbəti təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz aprelin 7-də Yekaterinburq şəhərində start götürəcək qadınlar arasında Avroliqanın “Səkkizlər finalı”nda referilik edəcək.
Aprelin 13-də başa çatacaq yarışda “Yekaterinburq”, “Nadejda” (hər ikisi Rusiya), “Fənərbaxça”, “Kayseri Kaskı”, “Qalatasaray” (hər üçü Türkiyə), “Praqa”, “Sparta” (hər ikisi Çexiya) və “Tanqo” (Fransa) klubları mübarizə aparacaqlar.
Qeyd edək ki, bu, FİBA hakimimizin belə mötəbər yarışa ilk təyinatıdır.
0
0