Azərbaycanlı hakim Avropa çempionatında
09.07.2014 - 16:49
Daha bir azərbaycanlı hakim Avropa çempionatının final mərhələsində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, FIFA referi köməkçisi Yaşar Abbasov yeni beynəlxalq təyinat alıb.
O, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında iştirak edəcək. Turnir iyulun 16-dan 31-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.
Qeyd edək ki, 17 yaşadək futbolçular arasında Avropa çempionatının ötən ay keçirilən final mərhələsində digər həmyerlimiz Əliyar Ağayev referi kimi iştirak etmişdi.
Mənbə: affa.az
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0