Bakı klubu “Beşiktaş”la da bacarmadı
06.01.2015 - 15:58
Bakı klubu “Beşiktaş”la da bacarmadı

İstanbulda hazırlıqlarını davam etdirən “Lokomotiv” bu gün ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yerli “Beşiktaş”la gücünü yoxlayıb.

 

Bir gün öncə “Fənərbaxça”ya 1:3 hesabı ilə uduzan “dəmiryolçular” “qara qartallar”la da mübarizədən məğlub ayrılıblar. Teon Buijsin yetirmələri matçın gedişində 2 dəfə geri düşdükdən sonra hesabda bərabərlik yaratsalar da, tay-brekdə zəif təsir bağışlayıblar - 2:3 (23:25; 25:20; 16:25; 25:23; 8:15).

 

Qeyd edək ki, “Lokomotiv” Türkiyədə son oyununu sabah “Qalatasaray”a qarşı keçirəcək.