Dünya çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan Çin yığması ilkin heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Lan Pin mundialda güvənəcəyi oyunçuları müəyyənləşdirib.
O, “22-liyə” Huey Juotsi, Yuan Sinyue, Tin Çju, Yan Fansyu, Yan Çju, Şen Tszinsi, Yan Tsyuntszin, Vey Kiuyue, Çjen Çunley, Lyu Syaotun, Şan Danna, Syuy Yunli, Yo Di, Tsyao Tin, Çen Çjan, Van Xueymin, Van Na, Na Yin, Li Tszin, Lyu Yuanxan, Janq Çangninq və Yan Ninin adını daxil edib.
Bu oyunçulardan Kiuyue Bakının “İqtisadçı” klubunun şərəfini qoruyub və mövsümün (2013/2014) gedişində komandadan ayrılıb.
Qeyd edək ki, Azərbaycan – Çin oyunu sentyabrın 24-də olacaq.