Bakıda keçiriləcək möhtəşəm turnirin təqvimi açıqlandı
14.02.2014 - 14:42
Bakıda keçiriləcək möhtəşəm turnirin təqvimi açıqlandı

Qadın voleybolçular arasında Çempionlar Liqasının Bakıda keçiriləcək “Dördlər finalı”nın oyunlarının başlama saatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Rabitə”nin ev sahibliyi edəcəyi həlledici mərhələ Türkiyə derbisi ilə başlayacaq.

 

Belə ki, martın 15-də açılış qarşılaşması, saat 16:00-da yarışın son qalibi “Vakıfbank”la “Əczaçıbaşı” arasında olacaq. Ardınca meydana Azərbaycan çempionu çıxacaq. “Rabitə” saat 19:00-da start götürəcək oyunda Kazan “Dinamo”sunu sınağa çəkəcək.

 

Ertəsi gün də matçlar eyni saatda təşkil olunacaq. Öncə bürünc mükafatçı, sonra çempion bilinəcək.

 

 

“Dördlər finalı”, Bakı

 

15 mart

Yarımfinal

16:00. “Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə)

19:00. “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan)

 

16 mart

3-cü yer uğrunda

16:00. Yarımfinal cütlərinin məğlubları

 

FİNAL

19:00. Yarımfinal cütlərinin qalibləri

 

Qeyd edək ki, qarşılaşmalar “Bakı Kristal Hall”da təşkil olunacaq.