Bolqarıstan millisi üçün 2 “azərbaycanlı”
19.09.2014 - 14:04
Bolqarıstan millisi üçün 2 “azərbaycanlı”

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin yekun heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vladimir Kuzyutkin dünya çempionatı üçün açıqladığı “14-lüyə” Azərbaycan Super Liqasından 2 oyunçunun da adını daxil edib.

 

Rusiyalı mütəxəssis “Azəryol”dan Lora Kitipova ilə Straşimira Filipovanı düşərgədə saxlayıb. O, aparıcı oyunçuları Eva Yanayeva da daxil olmaqla, 8 voleybolçudan imtina edib.

 

Toppaylayıcılar: Diana Nenova, Lora Kitipova

Hücumçular: Emiliya Nikolova, Yelena Koleva, Dobriana Rabadjiyeva, Elitsa Vasileva, Kremena Kamenova, Slavina Koleva

Blokçular: Straşimira Filipova, Xristina Ruseva, Tsvetelina Zarkova, Nasya Dimitrova

Liberolar: İvelina Monova, Mariya Filipova

 

Qeyd edək ki, Bolqarıstan Braziliya, Kanada, Kamerun, Serbiya və Türkiyə ilə B qrupunda yer alıb.