Bolqarıstan millisinin baş məşqçisi qovuldu
27.02.2014 - 10:37
Bolqarıstan millisinin baş məşqçisi qovuldu

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisində baş məşqçi dəyişikliyi olub. Apasport.az saytının məlumatına görə, Balkan ölkə təmsilçisi italiyalı Marçello Abbondanzanın şərtlərini qəbul etməyərək, onu istefaya göndərib.

 

Belə ki, “Rabitə” ilə Azərbaycan çempionu adını qazanan mütəxəssis 2012-ci ildən işlədiyi yığmada köməkçiləri vəzifəsinə həmyerlilərinin gətirilməsi tələbi ilə çıxış edib. Bu isə yerli federasiyanın qəzəbinə tuş gəlib. Nəticədə Abbondanzanın müqaviləsinə xitam verilib.

 

Artıq komandanın yeni baş məşqçisinin adı da məlumdur. Bolqarıstan yığması 2010-cu ildə Rusiyanı dünya çempionu edən Vladimir Kuzyutkinə tapşırılacaq. Onun bu günlərdə rəsmi təqdimatının da keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Bolqarıstan millisi Avropa çempionatında və Avropa Liqasında Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Abbondanza isə “Azəryol”un CEV kubokunun yarımfinalındakı rəqibi “Fənərbaxça”nın baş məşqçisidir.