Bolqarıstan millisinin üzvü Bakı klubunda
12.07.2014 - 10:55
Bolqarıstan millisinin üzvü Bakı klubunda

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin liderlərindən olan Straşimira Filippova karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 29 yaşlı voleybolçu “Azəryol”a transfer olunub.

 

195 sm boya malik legioner Bakı klubunadək vətənində “Slaviya” və MOİK, Fransada “Kann”, Rusiyada “Uraloçka” və “Fakel2in formasını getib.

 

2010-cu ildə Avropa Liqasında topu oyuna ən yaxşı daxil edən voleybolçu seçilən Filippova həm yığma, həm klub karyerasında da yetərincə uğur qazanıb.     Millidə 3-ü ardıcıl olmaqla, 4 dəfə Avropa Liqasının mükafatçısı olan Straşimira 2012-də gümüş, 2009, 2011, 2013-cü illərdə bürüncə yiyələnib.

 

Fransada 3 çempionluq (2007, 2008, 2009) və 3 kubok (2007, 2008, 2009) əldə edən voleybolçu Bolqarıstan (2004), Rusiya (2012) və Polşada (2006) da qızıl medallara yiyələnib.