Qadın voleybolçular arasında Avropa Liqasında ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matçında Bolqarıstan millisinə “quru hesabla” uduzan Azərbaycan yığması ikinci görüşdə də meydanı məğlubiyyətlə tərk edib.
Belə ki, komandamız birinci setdə qalib gəlsə də, rəqib ardıcıl 3 hissəni aktivinə yazmaqla növbəti dəfə millimizdən güclü olduğunu sübuta yetirib. Voleybolçularımız növbəti görüşlərini iyunun 14-də və 15-də Bakıda Sloveniyaya qarşı keçirəcək.
Qrupumuzun digər matçında isə sloveniyalılar Türkiyə bir oyunda uduzduqları halda, digərində qələbə qazanıblar.
Beləliklə, ilk 2 turdan sonra Bolqarıstan yığması vahid liderdir. Aleksandr Çervyakovun başçılıq etdiyi komandamız isə sonuncudur.
Avropa Liqası
II tur
Bolqarıstan – Azərbaycan - 3:1 (19:25, 25:19, 25:17, 25:13)
Hakimlər: Sonya Simonovska (Monteneqro), Aleksandros Milonakis (Yunanıstan)
Sofiya, Xristo Botev Salonu
İlk oyun: Bolqarıstan – Azərbaycan - 3:0 (25:15; 25:23; 25:17)
Türkiyə - Sloveniya – 0:3 (20:25, 11:25, 21:25)
İlk oyun: Türkiyə - Sloveniya – 3:0 (25:19, 25:13, 25:20)
1. |
Bolqarıstan |
2 |
2 |
0 |
6-1 |
169-129 |
6 |
2. |
Sloveniya |
2 |
1 |
1 |
3-3 |
127-127 |
3 |
3. |
Türkiyə |
2 |
1 |
1 |
3-3 |
127-127 |
3 |
4. |
Azərbaycan |
2 |
0 |
2 |
1-6 |
129-169 |
0 |