Bülənt Karslıoğlu bəxtdən şikayətləndi
23.01.2014 - 11:45
Bülənt Karslıoğlu bəxtdən şikayətləndi

“Təəssüf ki, bir neçə voleybolçumuz milli komandalarının düşərgəsindən qayıtdığından hazırlıqlarda tam iştirak edə bilməmişdi. Buna görə də istədiyimiz oyunu göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Çempionlar Liqasında mübarizəni dayandırmalarından üzülən Karslıoğlunun sözlərinə görə, bu yarışda ilk ildəcə 12 ən güclü klub arasında yer alsalar da, pley-offda “Vakıfbank”la düşmələri planlarına təsir edib: “Açığı, pley-off mərhələsində püşkdə də bəxtimiz gətirməmişdi. “Vakıfbank”ın cavab görüşümüzə kimi ardıcıl 72 oyun qələbə qazandığını nəzərə alsaq, bu, aşkar görünür”.

 

Qeyd edək ki, “Vakıfbank”a hər 2 oyunda 0:3 hesabı ilə uduzan “İqtisadçı” artıq avrokubokla vidalaşıb.