Cansunun üzüntüsü
15.03.2014 - 19:18
Cansunun üzüntüsü

Türkiyənin “Əczaçıbaşı” klubunun voleybolçusu Büşra Cansu Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”da “Əczaçıbaşı” ilə oyununu şərh edib. Apasport.az saytının məlumatına görə, gənc blokçu yarımfinalda 1:3 hesablı məğlubiyyətdən üzüldüyünü deyib.

 

Onun sözlərinə görə, ilk setdə qalib gəldikdən sonra uduzmalarına səhvləri səbəb olub. Cansu bildirib ki, üçüncü hissədə də 22:19 hesabı ilə öndə olmalarına baxmayaraq, yekunda səhvlərinin qurbanı olublar: “Oyunu çevirə bilmədik. Yekunda rəqib bizi qabaqladı. Səhvlərimiz oldu”.

 

Qeyd edək ki, “Əczaçıbaşı” ilk seti qazansa da, sonradan 3 hissədə məğlub olub. Onlar sabah üçüncülük uğrunda “Dinamo” (Kazan, Rusiya) – “Rabitə” (Azərbaycan) duelinin zəifi ilə üz-üzə gələcəklər.