Cavab qarşılaşmasının hakimləri bilindi
16.12.2014 - 09:26
Cavab qarşılaşmasının hakimləri bilindi

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Bakıda keçiriləcək “Lokomotiv” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) matçını polşalı Yanik Tomaşa həvalə edib.

 

Qarşılaşmada ikinci hakim funksiyasını Kristina Fortu (Rumıniya) yerinə yetirəcək.

 

Qeyd edək ki, Voleybol Mərkəzində keçiriləcək oyun dekabrın 17-də saat 18:00-da start götürəcək.