Kişi basketbolçular arasında Azərbaycan çempionatında II dövrəyə start verilib. Apasport.az saytının məlumatına görə, çempionatın oyunlarına ev sahibliyi edən "The Club Port Baku"da 2015-ci ilin ilk 4 matçı baş tutub.
Günün ən maraqlı qarşılaşması "Bakı" və "Dərviş" arasında olub. Belə ki, oyun ərzində üstünlüyü əldə saxlayan "Dərviş" dördüncü hissənin sonuna 36 saniyə qalmış 6 xal irəlidə olub. Amma onların qələbəsinə heç kimin şübhəsi olmadığı vaxt Anar Hacıyevin iki 3 xallıq atışı rəqibi şoka salıb. İkinci 3 xallıq atışdan sonra yerinə yetirilən cərimə atışı "Bakı"ya 61-60 hesabıyla qələbə qazandırdı.
Digər qarşılaşmalar isə komandalardan birinin aşkar üstünlüyü ilə keçib. Son illərin dəyişməz çempionu “Qala” isə ardıcıl 8-ci qələbəsini qazanıb.
"Qala" - "Araz-Naxçıvan" - 107:23
BDU - NTD - 22:79
"Baku Oilers" - AzTOP - 53:78
"Bakı" - "Dərviş" – 61:60
N |
Komanda |
O |
Q |
M |
T |
X |
1 |
Qala |
8 |
8 |
0 |
856-351 |
16 |
2 |
AZTOP |
8 |
7 |
1 |
566-506 |
15 |
3 |
NTD |
8 |
5 |
3 |
549-507 |
13 |
4 |
Bakı |
8 |
4 |
4 |
496-517 |
12 |
5 |
Dərviş |
8 |
4 |
4 |
481-510 |
12 |
6 |
Baku Oilers |
8 |
2 |
6 |
445-595 |
10 |
7 |
BDU |
8 |
1 |
7 |
385-593 |
9 |
8 |
Araz-Naxçıvan |
8 |
1 |
7 |
363-601 |
9 |