Çempionlar Liqası: Pley-off mərhələsinin püşkünün tarixi bəlli oldu
27.01.2015 - 15:47
Çempionlar Liqası: Pley-off mərhələsinin püşkünün tarixi bəlli oldu

Qadın və kişi voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin püşkünün atılacağı tarix və məkan dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirdə qrup mərhələsini adlayacaq komandalar yanvarın 29-da rəqiblərini tanıyacaqlar.

 

Pley-offun I və II mərhələsinin püşkü Lüksemburqda atılacaq. Burada, həmçinin “Dördlər finalı”nın ev sahibləri bəlli olacaq və yarımfinal cütlərinin potensial iştirakçılarına aydınlıq gələcək.

 

I pley-off mərhələsinin ilk oyunları fevralın 10-12-si tarixlərində, cavab görüşləri isə 1 həftə sonra oynanılacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasında mübarizə aparan Azərbaycan klublarından “Azəryol” pley-offa yüksəldiyi halda, “Rabitə”nin mübarizəni bu yarışda davam etdirib-etdirməyəcəyi sabah Polşa “Ximik”i ilə matçdan sonra bilinəcək.