CEV-dən “Rabitə”yə minnətdarlıq
16.03.2014 - 21:01
CEV-dən “Rabitə”yə minnətdarlıq


Avropa Voleybol Konfederasiyası (CEV) Bakıda təşkil olunan “Dördlər finalı”nın təşkilatçılığından razı qalıb. Apasport.az saytının xəbərinə görə, bu səbəbdən CEV turnirə ev sahibliyi edən “Rabitə” klubunun rəhbərliyinə minnətdarlığını bildirib.

Qitə voleybol qurumunun rəhbəri Andre Meyer yüksək səviyyəli təşkilatçılığa görə “Rabitə”nin prezidenti Cəlil Cəfərova xüsusi mükafat təqdim edib.