“Finala yüksəldiyimiz üçün sevincliyik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.
İtaliyalı mütəxəssis Bakıda keçirilən Çempionlar Liqasının yarımfinalında “Əczaçıbaşı” ilə (Türkiyə) oyundan sonra fikirlərini açıqlayıb. Layiq olduqları qələbəni qazandıqlarını bildirən Quidetti finalda rəqiblərinin “Rabitə” olmasından ehtiyat etmədiklərini bildirib: “Digər yarımfinal cütündə “Rabitə”nin və ya Kazan “Dinamo”sunun finala yüksəlməsinin ciddi fərqi yoxdur. Heç nədən ehtiyat etmirik. “Rabitə” yaxşı komandadır. Sabah titulumuzu qorumaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, “Əczaçıbaşı”ya 3:1 hesabı ilə qalib gələn “Vakıfbank” finalda rəqibini gözləyir.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq