Dmitri Bulıkin: Düşünmürəm ki, Azərbaycanla oyunda güclü şəkildə dəyişiklik olsun
03.09.2014 - 16:32
Dmitri Bulıkin: Düşünmürəm ki, Azərbaycanla oyunda güclü şəkildə dəyişiklik olsun

“Fabio Kapello Rusiya yığmasının taktikasını xüsusi şəkildə dəyişməyəcək. Düşünmürəm ki, güclü şəkildə dəyişiklik olsun”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının sabiq hücumçusu Dmitri Bulıkin deyib.

 

Bulıkin Fabio Kapellonu tərifləyib: “Don Fabio hər şeyi əla görür və bilir, o, böyük mütəxəssisdir. Jurnalistlərin yerindən ona söz deməsi, təbii ki, düzgün deyil. Əminəm ki, onun heyətində peşəkarlar var. Onlar ona həmişə nəyi, harda və necə olmalı olduğunu deyir. Kapello öz səhvlərini görüb və başa düşüb. Ona görə də ona heç bir şey demək lazım deyil. O, yüksək səviyyədə peşəkardır”.

 

“Bayer 04” və “Anderlext”in sabiq hücumçusunun bugünkü oyuna proqnozu isə belə olub: “Rusiya yığmasının Azərbaycanla bugünkü matçına gəlincə, düşünürəm ki, Kapellonun komandası 2:0 hesabı ilə qalib gələcək”.