Dünya çempionatı üçün “wild card”lardan birinin sahibi bilindi
01.04.2014 - 09:02
Dünya çempionatı üçün “wild card”lardan birinin sahibi bilindi

Qadın voleybolçular arasında klublararası dünya çempionatının daha bir iştirakçısının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Voleybol Federasiyası (FİVB) bu il mayın 7-dən 11-dək İsveçrənin Sürix şəhərində keçiriləcək mundial üçün nəzərdə tutulan 2 “wild card”dan birini Braziliyanın “Osasko” klubuna verib.

 

Nəticədə ümumilikdə 8-ci, İsveçrədə isə 2-ci dəfə keçiriləcək yarışda iştirakçı ölkələrinin sayı 4-ə çatıb. “Osasko”ya kimi Kazan “Dinamo”su (Avropa), Braziliya “Sesi”si (Cənubi Amerika) və “Volero” (ev sahibi) bu hüquqa yiyələnmişdi. Asiya çempionu isə hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, mundialın 6-cı iştirakçısının adına da “wild card”la aydınlıq gələcək. Bunun Avropa zonasından olacağı istisna deyil. FİVB güzəştli vəsiqəni ya Çempionlar Liqasının finalçısı “Vakıfbank”a, ya da bürünc mükafatçısı “Rabitə”yə verə bilər.