Eldar Yusubov: Heç olmasa üçüncü yeri tutmalıyıq
15.03.2014 - 21:00
Eldar Yusubov: Heç olmasa üçüncü yeri tutmalıyıq

“Bir neçə ay öncədən hazırlığa start vermişdik. Bəlkə də pley-off oynamayıb, birbaşa “Dördlər finalı”nda çıxış etməyimiz də hesaba  təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Eldar Yusubov Çempionlar Liqasının yarımfinalında Kazan “Dinamo”suna 0:3 hesablı məğlubiyyətdən sonra deyib.

 

Çalışdırıcı məğlubiyyətin səbəbini komandanın oyunun alınmaması ilə izah edib: “Oyunun gedişatını dəyişmək istədik, amma alınmadı. Öz oyunumuz göstərə bilmədik”.

 

Yusubov sabah “Əczaçıbaşı” ilə üçüncü yer uğrunda görüşdə meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib: “Onlarla yaxşı oynamalıyıq. Heç olmasa üçüncü yeri tutmalıyıq. Finala gəlincə, Kazan təmsilçisinin yaxşı oyun göstərəcəyinə inanıram”.