[b]Etiraf: “Rabitə” bizdən güclüdür[/b]
16.03.2014 - 18:22
[b]Etiraf: “Rabitə” bizdən güclüdür[/b]

“Dünən yarımfinalda “Vakıfbank”a uduzduqdan sonra bu gün oynamaq çətin idi. Motivasiyamız çox aşağı düşmüşdü”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Əczaçıbaşı” voleybol klubunun baş məşqçisi Lorenzo Miçelli deyib.

 

İtaliyalı mütəxəssis Çempionlar Liqasında üçüncü yer uğrunda “Rabitə”yə 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib: “Biz yarımfinalda qələbənin “Vakıfbank”a hədiyyə etdik. Gülməli səhvlərə yol verdik. “Rabitə” ilə görüşdə də istədiyimiz oyunu göstərə bilmədik. Amma son hissədə yaxşı çıxış etsək də, yenə uduzduq. Həqiqətən “Rabitə” bizdən güclüdür”.