Qadın voleybolçular arasında Avropa Liqasının finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qrupda qaldığı yarışın həlledici görüşlərində Türkiyə ilə Almaniya üz-üzə gələcək.
Qonşu ölkə təmsilçisi yığmamızın yer aldığı qrupda 1-ci yeri hələ ötən həftə təmin etmişdi. Bundestim isə B qrupunun qalibi adını 11-ci turda qazanıb.
Bu iki komanda iyulun 16-da Türkiyədə, 3 gün sonra Almaniyada qarşılaşacaq.
Qeyd edək ki, 2009 və 2011-ci illərdə finalda uduzan Türkiyə 3-cü dəfə həlledici qarşılaşmaya vəsiqə əldə edib. Almaniya isə turnirin son qalibidir.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO