Formal tur
01.04.2014 - 16:58
Formal tur

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin son turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, formal xarakter daşıyacaq XV tur yalnız “Azəryol” və “İqtisadçı” üçün prinsipiallığı ilə seçiləcək.

 

Belə ki, bu komandalar əsas mərhələni də ikinci yerdə başa vurmaq arzusundadır. Bunun üçün “İqtisadçı”ya son oyununda set uduzmamaq, “Azəryol”a 2 oyununda 2 hissə qazanmaq kifayət edəcək.

 

Düzdür, “Telekom”la matçda “universitet komandası” 3:0 hesablı qələbəyə ümid edə bilər. Lakin 2 dövrədə gənclərdən qurulan klubun onlarından set alması, görüşün heç də asan keçməyəcəyindən xəbər verir.

 

“İqtisadçı” ilə müqayisədə “Azəryol”un 2 matçı qalıb ki, onlar öncə “Lokomotiv”, 2 gün sonra əzəli rəqibləri “Rabitə” qarşısında imtahan verəcəklər. Bu matçların hər ikisinin komanda üçün çətin keçəcəyi proqnozlaşdırılır. Bunlara baxmayaraq, ötən mövsümün gümüş medalçılarının yarımfinalda qarşılaşacaqları dəqiqdir.

 

“Rabitə” isə pley-offda üz-üzə gələcəyi “Azərreyl”in gücünü yoxlayacaq. Eldar Yusubovun yetirmələrinin uduzacaqları gözlənilmir. Çünki tarixi ərzində rəqibinə məğlub olmayan komandanın XV turda da xal itirmək planlarına daxil deyil.  

 

2 aprel
XV tur

14:00. “İqtisadçı” – “Telekom”

İlk oyun: “İqtisadçı” – “Telekom” - 3:1 (19:25, 25:15, 25:19, 25:19)

İkinci oyun: “Telekom” – “İqtisadçı” - 1:3  (16:25; 13:25; 25:23; 18:25)

 


16:00. “Lokomotiv” – “Azəryol”

İlk oyun: “Azərreyl” – “Rabitə” - 0:3 (27:29; 12:25; 15:25)

İkinci oyun: “Azəryol” – “Lokomotiv” - 3:1  (26:24; 23:25; 25:15; 25:18)


 

18:00. “Azərreyl” – “Rabitə”

İlk oyun: “Lokomotiv” – “Azəryol” - 1:3 (21:25; 25:22; 21:25; 21:25)

İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:17, 25:17, 25:20)

 

1

Rabitə

13

12

1

37-8

1099-893

35

2

Azəryol

13

11

2

34-21

1236-1163

28

3

İqtisadçı

14

8

6

31-26

1272-1214

25

4

Azərreyl

14

5

9

24-32

1203-1261

18

5

Lokomotiv

14

3

11

22-33

1160-1254

14

6

Telekom

14

1

13

13-41

1091-1276

3

 

Qeyd edək ki, XII turdan təxirə salınan “Rabitə” “Azəryol” görüşü aprelin 4-də oynanılacaq.