“İlk hissədə çox çətinlik çəkdik. Sonradan matçı lehimizə çevirə bildik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank” klubunun voleybolçusu Gözde Sonsırma deyib.
Komandasının kapitanı Çempionlar Liqasının Bakıda keçirilən “Dördlər finalı”nda “Əczaçıbaşı” ilə oyunu şərh edib. Sonsırma 3:1 hesabı ilə qalib gələrək, finala yüksəldikləri üçün xoşbəxt olduqlarını deyib: “Komanda yoldaşlarımı təbrik edirəm. 4 ildə 3-cü dəfə final oynayacağıq. Bu, qürur duyulacaq bir şeydir”.
Təcrübəli voleybolçu digər yarımfinal cütündə “Rabitə”nin qalib gəlmək ehtimalının yüksək olduğunu deyib: “Rəqibimiz “Dinamo” – “Rabitə” cütünün qalibi olacaq. Fikrimcə, Bakı klubu həlledici mərhələyə yüksələcək. Sabah kim yaxşı oynasa, o da kuboka yiyələnəcək. İnşallah, qalib biz olarıq”.
Qeyd edək ki, final oyunu sabah olacaq.