19 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Vüqar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün müəyyənləşdirdiyi heyətə 14 oyunçu çağırıb.
“Azəryol”da da işləyən gənc mütəxəssis Bolqarıstanda baş tutacaq yarışda Səmayə Abbaslı, Günay Bayramova, Lyubov Qaluşko, Viktoriya Qaluşko, Nisəxanım Həzrətli, Çinarə Quliyev, Recina Kutbiyeva, Leysan Lvovkina, Güləbatın Məcidli, Səbinə Moiseyeva, Nərminə Musayeva, Leyla Parşkova, Yuliya Pşeniçnix və Nelli Salbişvilinin köməyindən istifadə edəcək. Əliyevin köməkçisi funksiyasını isə Alla Həsənova yerinə yetirəcək.
Qeyd edək ki, qrupumuzda Bolqarıstanla yanaşı, Rusiya və Avstriya milliləri yer alıb.