“Bu mövsüm cəmi 1 məğlubiyyətimiz var. Onu da startda “Vakıfbank”la oyunda almışıq”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Fənərbaxça” klubunun İdarə Heyətinin üzvü Hakan Dinçay deyib.
CEV kuboku ilə bağlı fikirlərini açıqlayan Dinçay bildirib ki, cari mövsüm komandası üçün uğurlu alınıb və 1/2 finalda “Azəryol”la qarşılaşmada da bunu bir daha nümayiş etdirəcəklər: “Komandamızı demək olar yeni qurduq. Baş məşqçi, məşqçilər korpusu dəyişdi. Buna görə də “Vakıfbank”a uduzduq. Amma ikinci dövrədə gücümüzü onlara göstərib, məğlubiyyətsiz oyunlar seriyasını qırdıq. Yarımfinaldakı rəqibimiz “Azəryol”u da keçəcəyik. Çünki komanda oyununu göstərdiyimiz zaman məğlub edə bilməyəcəyimiz rəqib yoxdur. Hədəfimiz ötən il finalında uduzduğumuz CEV kubokunu bu dəfə qazanmaqdır”.
Qeyd edək ki, “Azəryol” “Fənərbaxça” ilə ilk oyuna səfərdə, cavab görüşünə evdə çıxacaq.