Hücumçumuzdan 39 xal
12.07.2014 - 10:02
Qadın voleybolçular arasında Avropa Liqasının Azərbaycan – Bolqarıstan oyunu Polina Rəhimovanın diqtəsi ilə keçib. Apasport.az saytının məlumatına görə, 11-ci turun qarşılaşmasında yığmamızın hücumçusu 39 xal qazanıb.
Oyun ərzində 6 “eys” və 32 uğurlu hücum edən Polina millimizin qələbəsinin (3:2) əsas memarı olub. Komandamızın 2-ci bombardiri Yana Matiasovska-Ağayeva 13 xal əldə edib.
Qonaqların heyətində isə Simona Dimitrova fərqlənib. Onun hesabında 16 xal, 4 “eys” və 12 dəqiq hücum var. Onun komanda yoldaşı Viktoriya Qriqqoryeva isıə blokda hamıdan güclü olub – 5 xal.
- III MDB Oyunları: Millimiz bürünc medal uğrunda mübarizə aparacaq
- Qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb
- III MDB Oyunları: Millimiz Rusiyaya məğlub olub
- III MDB Oyunları: Qadın voleybolçularımız yarımfinala çıxıb - FOTO
- III MDB Oyunları: Millimiz Özbəkistana məğlub olub - FOTO
0
0