İtaliya mətbuatına Azərbaycan çempionatından danışdı
08.04.2014 - 12:08
İtaliya mətbuatına Azərbaycan çempionatından danışdı

“Pley-off mərhələsinə çox yaxşı başladıq. İlk matçda istədiyimiz qələbəni qazandıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azəryol”un italiyalı voleybolçusu Çyara di Yulio deyib.

 

Təcrübəli legioner Azərbaycan Super Liqasının pley-off mərhələsində “İqtisadçı” ilə oyundan sonra fikirlərini açıqlayıb. O, italiyalı mətbuatına müsahibəsində 3:1 hesabı ilə qalib gəldikləri görüşün onlarda müsbət əhval-ruhiyyə yaratdığını deyib: “Rəqiblə görüşdə gücümüzə inanırdıq. Oyuna çox yaxşı konsentrasiya olmuşduq. Həqiqətən başa düşürdük ki, bu matç bizim üçün çox vacibdir. Biz daha yaxşı oynamaq iqtidarındayıq və bunu bacaracağımıza hamımız inanırıq”.

 

Qeyd edək ki, ötən mövsümün gümüş mükafatçıları arasında cavab oyunu sabah olacaq.