Katarjina Skovronska ilə Neslihan Demirin fərqi
16.03.2014 - 19:59
Katarjina Skovronska ilə Neslihan Demirin fərqi

Qadın voleybolçular arasında Çempionlar Liqasının üçüncü yer uğrunda “Rabitə” (Azərbaycan) – “Əczaçıbaşı” (Türkiyə) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin heyətində Katarjina Skovronska yenə liderlik bacarığını ortaya qoyub.

 

Belə ki, “Rabitə”nin 3:0 hesabı ilə qalib gəldiyi matçda polşalı legioner 15 xalla bombardir adını qazanıb. Eldar Yusubovun digər yetirmələrindən Aurea Kruz 12, Reyçel Rurkla Tori Dikson hərəyə 8, Nataşa Krsmanoviç 7 və Nutsara Tomkom 1 xal yığıb.

 

Rəqibin heyətində isə Neslihan Demir daha məhsuldar olub. Türkiyə millisinin də “vuran əli” 11xal toplayıb.