Lanq Pinq Azərbaycan millisini təriflədi
24.09.2014 - 16:27
Lanq Pinq Azərbaycan millisini təriflədi

“Azərbaycan dünya çempionatına yaxşı oyunla start verərək, sürpriz etdi. Bu gün isə biz yaxşı oyun göstərdik”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Çin millisinin baş məşqçisi Lanq Pinq deyib.

 

Təcrübəli mütəxəssis dünya çempionatının II turunda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: “Rəqibin heyətində maraqlı hücumçular və blokçular var. Azərbaycan yığmasının heyətində 17 nömrəli (Polina Rəhimovanı nəzərdə tutur - red) oyunçunu xüsusi qeyd etmək istərdim. Düşünürəm ki, qrupumuz normaldı. Komandamız gənc olduğundan bir qədər təcrübəyə də ehtiyacımız var. Amma hər oyuna yaxşı nəticə üçün çıxacağıq”.