Marqareta Kozux - Avropada 5-ci
13.02.2014 - 14:39
Marqareta Kozux - Avropada 5-ci

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unnun başa çatmasından sonra yarışın ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarımfinal ərəfəsində bombardirlər yarışına Ukraynanın “Ximik” klubunun voleybolçusu Nadija Kodola başçılıq edir. Onun hesabında 4 oyuna 79 xal var.

 

Orta məhsuldarlıqda isə Türkiyə “Fənərbaxça”sının cənubi koreyalı legioneri Yeon Kinq Kim hamıdan öndədir. Asiyalı meydana çıxdığı hər setdə orta hesabla 5,76 xal qazanıb.

 

Artıq mübarizəni dayandıran Azərbaycan klubları “Lokomotiv” və “Azərreyl”in bombardirləri ən yaxşılardan çox uzaq düşübsə, cəmi 2 matç keçirən “Azəryol”un heyətində fərqlənən tapılıb. Komandanın almaniyalı voleybolçusu Marqareta Kozux 37 xal qazanmaqla, ilk “onluğ”a düşə bilib. “Top-10”u qapayan alman legioner hər setdə 4,62 xal yığmaqla bu göstəricidə 5-cidir.