Marqarita Kozux: Hər şey özümüzdən asılıdır
06.02.2014 - 11:20
Marqarita Kozux: Hər şey özümüzdən asılıdır

“Biz Polşadakı qarşılaşmada qalib gəlməli idik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azəryol” klubunun voleybolçusu Marqarita Kozux deyib.

 

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun ilk qarşılaşmasında Polşanın “Bank Fakro” klubuna uduzan təmsilçimizin almaniyalı legioneri səfərdəki  görüş haqda fikirlərini açıqlayıb: “Bunun üçün kifayət qədər, xüsusilə də 4-cü setdə imkanlarımız var idi. İndi qarşıdakı cavab oyununa köklənməliyik. Səfərdə 1 xal qazanmağı bacardıq. Cavab oyununda hər şey bizdən asılı olacaq”.

 

Qeyd edək ki, Kozux komandasının 2:3 hesabı ilə uduzduğu görüşün ən məhsuldar voleybolçusu olub – 22 xal.