MBA tarixində ən bahalı zədə – 28 milyon dollar
14.03.2014 - 05:29
MBA tarixində ən bahalı zədə – 28 milyon dollar

Milli Basketbol Assosiasiyasının “Los-Anceles Leykers” klubunun lideri Kobe Brayantın zədəsi MBA tarixində ən bahalı zədə sayılıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi zədə səbəbindən bu mövsüm komandasının heyətində cəmi 6 oyun keçirsə də, xeyli pul qazanıb.

 

Onun meydanda keçirdiyi hər dəqiqəsi 1000 dollardır. Zədə səbəbindən evdə oturmasına görə isə 28 milyon dollar alır.

 

MBA-nın beşqat çempionu damar dartılmasına görə 8 ay müalicə olunub. Meydana qayıdandan cəmi bir neçə gün sonra – dekabrın 17-də isə yenidən zədələnib. Bu dəfə onun diz sümüyü qırılıb.

 

“Leykers”də illik məvacibi 30 milyon dollar olan Brayant zədə səbəbindən 76 oyunu buraxıb və bu zaman klubundan 28 milyon dollar alıb. Oyunda olduğu 177 dəqiqədə isə 172 min dollar qazanıb. Bu isə təxminən dəqiqədə 1000 dollar deməkdir.