Məmmədova oynamadı, komandası pley-offa yüksəldi
02.04.2014 - 17:20
Məmmədova oynamadı, komandası pley-offa yüksəldi

Qadın voleybolçular arasında Rusiya Superliqasında XIX tura start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Hara-Morin”in qonağı olub.

 

Qarşılaşma Omsk təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:0 (27:25, 25:15, 26:14). Bu qələbədən sonra aktivindəki xallarının sayını 39-a çatdıran “Omiçka” ikinci pillədəki yerini qorumaqla yanaşı, vaxtından öncə pley-offa vəsiqəni təmin edib.

 

Qeyd edək ki, Məmmədova zədəli olduğu üçün görüşdə meydana çıxmayıb.