Məmmədova Rusiya kubokundan kənar qaldı
30.01.2014 - 09:19
Məmmədova Rusiya kubokundan kənar qaldı

Qadın voleybolçular arasında Rusiya kubokunun “Altılar finalı”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” keçirdiyi ikinci görüşdə də məğlub olaraq mübarizəni dayandırıb.

 

Belə ki, ilk görüşdə Moskva “Dinamo”suna uduzan Omsk təmsilçisi bu dəfə Krasnodarın eyniadlı klubu ilə bacarmayıb – 1:3 (22:25, 12:25, 25:15, 12:25). Nəticədə qrupda sonuncu olan “Omiçka” kubokla vidalaşıb.

 

Qeyd edək ki, “Dördlər finalı”na Moskva və Krasnodar “Dinamo”ları ilə yanaşı, Kazan “Dinamo”su və “Zariçye Odintsovo” yüksəlib. B qrupunda isə “Uraloçka” mübarizəni dayandırıb.