Millimiz Bakıda, gözləri “Farneze”də
28.02.2014 - 10:13
Millimiz Bakıda, gözləri “Farneze”də

Qadın voleybolçular arasında dünya çempionatının final mərhələsinin püşkünün atılacağı məkanın yeri bəlli olub. Apasport.az saytının məlumatına görə, sentyabrın 23-dən oktyabrın 12-dək İtaliyada baş tutacaq mundial iştirakçıları Parmada rəqiblərini tanıyacaqlar.

 

Belə ki, püşkatma martın 10-da bu şəhərin Farneze teatrının binasında olacaq. Burada 24 komanda 6 qrupa bölünəcək.

 

Qeyd edək ki, mundiala Azərbaycan millisi də daxil olmaqla, hələlik 17 yığma vəsiqə qazanıb. Digər 7 iştirakçı isə iyuladək bilinəcək.