Millimiz qrupda birinci yeri tutdu
19.03.2014 - 21:29
Qırğızıstanın paytaxtı Bişkekdə kişi basketbolçular arasında keçirilən “Novruz kuboku”nun üçüncü turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi qrup qarşılaşmasının son matçında ev sahibləri ilə görüşüb.
Azərbaycan yığması bu görüşdə də qalib gəlib. Oyun 74-71 hesabı ilə millimizin xeyrinə başa çatıb. Beləliklə, Azərbaycan yığması hər üç görüşdə qalib gələrək birinci yeri tutub.
Basketbolçularımız martın 16-da yarımfinal matçına çıxacaqlar. Yarımfinalda onları 4-cü yeri tutan komanda gözləyir. Final görüşü martın 21-də keçiriləcək.
0
0