Qadın həndbolçulardan ibarət Azərbaycan millisi 2015-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsini uğursuzluqla başa vurub. Apasport.az saytının məlumatına görə, ilk görüşdə Çexiyaya uduzan (26:38) yığmamız Litva ilə matçda da məğlubiyyətdən qaça bilməyib.
Olomouts şəhərində baş tutan qarşılaşmada rəqib 35:29 (23:15) hesabı ilə qalib gələrək, həndbolçularımızı qrup sonuncusu edib. Litvalılarla görüşdə komandamızın heyətində ən məhsuldar oyunçu Yekaterina Peçe olub. Onun 9 zərbəsi dəqiq alınıb.
Qrupumuzun son görüşündə isə oyunlara ev sahibliyi edən çexlər Litvanı da məğlub edərək (33:27), mərhələ adlayıb.
Çexiya |
2 |
2 |
0 |
0 |
71-53 |
4 |
Litva |
2 |
1 |
0 |
1 |
62-62 |
2 |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
55-73 |
0 |