Kişi voleybolçular arasında Avropa Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi qrupun potensial lideri Monteneqro ilə qarşılaşıb.
Balkan təmsilçisi hər iki oyunun taleyini 3 setdə həll edib. Bununla da Monteneqro 1-ci yerə yüksəlib. Millimizin isə sonuncu pillədə qalacağı rəsmiləşib.
Qeyd edək ki, son oyunlar iyulun 4-6-da keçiriləcək. Yığmamız öz meydanında Polşa ilə görüşəcək.
A qrupu
28 iyun
Monteneqro – Azərbaycan – 3:0 (25:17, 25:23, 25:18)
Polşa – Rumıniya - 2:3 (22:25, 32:30, 20:25, 27:25, 12:15)
29 iyun
Monteneqro – Azərbaycan – 3:0 (25:17, 25:21, 25:19)
Polşa – Rumıniya - 3:1 (22:25, 25:21, 25:16, 25:22)
| yer | komanda | O | Q | M | S/F | T/F | X | 
| 1 | Monteneqo | 6 | 5 | 1 | 16-7 | 543-472 | 14 | 
| 2 | Rumıniya | 8 | 5 | 3 | 17-16 | 760-737 | 13 | 
| 3 | Yunanıstan | 6 | 4 | 2 | 15-10 | 562-531 | 12 | 
| 4 | Polşa | 6 | 2 | 4 | 12-14 | 571-592 | 8 | 
| 5 | Azərbaycan | 6 | 0 | 6 | 5-18 | 459-560 | 1 | 
 
             
                     
                     
                                             
                                             
                                            