Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən Azərbaycan millisi son oyununda Bolqarıstanla qarşılaşıb.
Bakıda keçirilən görüşdə yığmamız 3 setdə qalib gəlib. Yarışa uğursuz başlayan komandamız son turlardakı qələbələr sayəsində qrupda 2-ci olub.
Yığmamız təkcə uzun müddət qərarlaşdığı son sıradan qurtulmayıb, həm də 1 qələbə ilə 2 rəqibini keçib. Bunda Türkiyənin ə rolu olub. 1-ci yeri xeyli əvvəl təmin edən qonşu ölkə təmsilçisi son matçlarda rəqiblərinə xal verməyib. Bu da yığmamızın xeyrinə olub.
Qeyd edək ki, yalnız qrup qaliblərinin yarışı davam etdirdiyi turnirin finalında Türkiyə ilə Almaniya üz-üzə gələcək.
Avropa Liqası
Qadınlar, A qruou
XII tur
Azərbaycan – Bolqarıstan – 3:0 (25:18, 29:27, 25:15)
Sloveniya – Türkiyə - 0:3 (21:25, 19:25, 24:26)
yer |
komanda |
O |
Q |
M |
S/F |
T/F |
X |
1 |
Türkiyə |
12 |
9 |
3 |
29-12 |
949-848 |
27 |
2 |
Azərbaycan |
12 |
5 |
7 |
21-25 |
951-987 |
16 |
3 |
Bolqarıstan |
12 |
4 |
8 |
20-27 |
1002-1020 |
15 |
4 |
Sloveniya |
12 |
6 |
6 |
21-27 |
1011-1058 |
14 |