Millimizdən çətin qələbə
12.07.2014 - 09:13
Millimizdən çətin qələbə

Qadın voleybolçular arasında Avropa Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, A qrupunda çıxış edən Azərbaycan millisi 11-ci oyununda Bolqarıstanı qəbul edib.

 

İlk iki setdə uduzan yığmamız əzmkar qələbə ilə hesabına növbəti 2 xalı yazıb. Lakin bu qələbə millimizin son pillədən qurtulmasına kifayət etməyib.

 

Komandamız son pilləni tərk etmək üçün bu gün də qalib gəlməlidir. Yığmamızın son rəqibi isə yenə Bolqarıstan olacaq.

 

Qeyd edək ki, finala vəsiqəni təmin edən Türkiyə yığması Sloveniyanı məğlub edib – 3:1.

 

Avropa Liqası

Qadınlar, 11-ci tur

11 iyul

Azərbaycan – Bolqarıstan – 3:2 (20:25, 21:25, 25:19, 25:18, 15:9)

Sloveniya – Türkiyə - 1:3 (24:26, 26:24, 23:25, 24:26)

 

yer

komanda

O

Q

M

S/F

T/F

X

1

Türkiyə

11

8

3

26-12

873-784

24

2

Bolqarıstan

11

4

7

20-24

942-941

15

3

Sloveniya

11

6

5

21-24

947-982

14

4

Azərbaycan

11

4

7

18-25

872-923

13