Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz kuboku”nda II tura start verilib. Apasport.az saytının məlumatına görə, 4 komandanın iştirakı ilə keçirilən turnirin ilk oyun günündə Qazaxıstanın MOİK klubunu 86:61 hesabı ilə məğlub edən Azərbaycan millisi bu dəfə Özbəkistanla qarşılaşıb.
Elxan Əliyevin yetirmələri bu qarşılaşmada da rəqibindən üstün olub – 91:71. Komandamız dairəvi sistemlə keçirilən ilk mərhələnin son turunda meydan sahibləri ilə görüşəcək. Bu oyun sabah baş tutacaq.
Qeyd edək ki, 3 turdan sonra komandalar yarımfinal və final matçlarında qüvvəsini sınayacaq.