Millimizin hücumçusundan sıçrayış
12.07.2014 - 15:47
Millimizin hücumçusundan sıçrayış

Qadın voleybolçular arasında Avropa Liqasının 11-ci turunun Bolqarıstanla oyununda 39 xal toplayan Azərbaycan millisinin üzvü Polina Rəhimova bombardirlər siyahısında sıçrayışa imza atıb. Apasport.az saytının məlumatına görə, hesabında 143 xal olan idmançımız yarışın ən məhsuldarları arasında 3-cüdür.

 

11 turun yalnız 5 oyununda iştirak edən Polina setlər üzrə məhsuldarlıqda 1-cidir – 6,50 xal. Bu göstəricisə təmsilçimiz ən yaxın izləyicilərini az qala yarım dəfə arxada qoyub.

 

Ümumi siyahının liderləri yunan Eleni Kiosi və sloveniyalı Marina Svetanoviç hərəyə 164 xal yığıb. Lakin onlar buna 11 oyunda nail olublar.