Millimizin müdafiəçisi: Bütün komanda ağlayırdı
01.02.2014 - 14:13
Millimizin müdafiəçisi: Bütün komanda ağlayırdı

 

“Çox ağır matç oldu. Sloveniya yaxşı komanda olduğunu bir daha sübut etdi. Biz 2:5 hesabı ilə uduzurduq, bərabərləşdirdik, sonra 5:6 oldu... Hə, oyundan sonra ağlayırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının müdafiəçisi Edu deyib.

Millimiz Avropa çempionatının Belçikada keçirilən final mərhələsinin qrup matçında Sloveniya üzərində 7:6 hesabı ilə əzmkar qələbə qazandı. Qarşılaşmada komandamızın qələbə qolunu vuran milliləşdirilmiş braziliyalı göz yaşlarına qərq olduqlarını etiraf edib: “Bütün komanda ağlayırdı. Axı biz bir ailəyik: azərbaycanlılar və braziliyalılar. Bu, çox emosional andır”.