Millimizin oyunçusu A seriyasında 2 xal itirib, 1 xal qazandı
08.12.2014 - 12:35
Millimizin oyunçusu A seriyasında 2 xal itirib, 1 xal qazandı

Qadın voleybolçular arasında İtaliya A seriyasında VIII turun oyunları təşkil olunub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin blokçusu Anna Nazarenkonun şərəfini qoruduğu “Forli” “Konegliano”nu qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandası üçün yenə uğursuz alınıb. Məğlubiyyətə baxmayaraq, “Forli” aktivinə 1 xal da olsa əlavə edə bilib – 2:3 (15:25, 25:23, 16:25, 26:24, 12:15). Nazarenko matçda 6 xal toplayıb.

 

Qeyd edək ki, IX oyun həftəsində “Montiçiari”nin qonağı olacaq “Forli” 8 matçdan sonra 4 xalla 11-ci yerdədir.