Millimizin rəqibləri müəyyənləşdi
15.03.2014 - 14:12
Millimizin rəqibləri müəyyənləşdi

Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək basketbol üzrə “Novruz kuboku”nun iştirakçılarının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, kişi basketbolçulardan ibarət Azərbaycan millisi ilə yanaşı, 3 komanda turnirə qatılacaq.

 

Belə ki, Özbəkistan və Qırğızıstan yığmaları, həmçinin Qazaxıstanın MOİK klubu da Bişkekdə mübarizə aparacaq. Turnirin oyunları martın 17-də start götürəcək. Yarış ayın 21-də yekunlaşacaq.