Qadın basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının II turundan sonra yarışın ən məhsuldar oyunçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Dina Ulyanova iki oyundan sonra 2-ci pillədə qərarlaşıb.
Orta məhsuldarlığı 16,5 olan basketbolçumuz yalnız İslandiya yığmasının üzvü Helen Sverissondan (18,0) geri qalır. Ribaund sayında isə Dina hamıdan öndədir – 12,0. Sverisson bu göstəricidə təmsilçimizin ən yaxın izləyicisidir – 9,0.
Qeyd edək ki, millimiz ilk oyunda Şotlandiyaya 56:66, ikinci qarşılaşmasında isə Avstriyaya 29:94 hesabı ilə uduzub.