Mustafa Dənizli “Dördlər finalı”nda: Bunun özü də uğurdur
15.03.2014 - 16:40
Mustafa Dənizli “Dördlər finalı”nda: Bunun özü də uğurdur

Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nın Bakıda keçirilən oyunlarına “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli də biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, türkiyəli futbol mütəxəssisi hazırda yarımfinal oyunlarının keçirildiyi “Kristal Hall”ın tribunalarına toplaşan azarkeşlər sırasındadır.

 

Dənizli iki Türkiyə klubu – “Vakıfbank”la “Əczaçıbaşı”nın oyunu zamanı həmyerlilərini dəstəkləyib. “Xəzər Lənkəran”ın baş məşqçisi oyunun fasiləsi zamanı apasport.az saytına açıqlamasında hər iki komandaya azarkeşlik etdiyini bildirib: “İki Türkiyə klubunun “Dördlər finalı”nda olması bizim üçün uğurdur. Bu gün onlardan hansının qalib gəlməsinin fərqi yoxdur. Hər ikisi bizim komandadır. Sabah keçiriləcək finalda da Türkiyə klubunun qalib gəlməsini istəyirəm”.